"2020 Noyabrın 9-da mən Rusiya prezidentinin, Azərbaycan prezidentinin və Ermənistanın baş nazirinin ikinci Qarabağ müharibəsinin dayandırılması ilə bağlı üçtərəfli bəyanatını imzaladım".

"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün 44 günlük müharibəni araşdıran İstintaq Komitəsinin iclasında bildirib. 

O, noyabrın 9-u səhər saatlarında sənədi niyə imzaladığı sualına cavab verib: "Burada təbii ki, Şuşinin (Şuşa şəhəri - red.) alınması prosesi dönüş nöqtəsi oldu. Burada vacib olan Şuşanın təkcə simvolik dəyəri deyil, həm də strateji dəyəridir. Şuşa itirildikdən sonra əslində Stepanakert (Xankəndi - red.) hücuma məruz qalacaq, Xocavənd, Dağlıq Qarabağa təzyiq qaçılmaz olacaq, ən əsası isə 25 minə yaxın əsgərimiz mühasirəyə düşmək təhlükəsi ilə üzləşəcəkdi", - deyə baş nazir vurğulayıb. 

Paşinyan noyabrın 9-da imzaladığı kapitulyasiya aktının müharibəni dayandırmaq üçün beşinci cəhd olduğunu deyib. 

Ağarza Elçinoğlu