Nə qədər ki, Qarabağda Rusiya sülhməramlıları var, yeni eskalasiya olmayacaq, lakin imzalanmış müqavilələrə əsasən, sülhməramlılar orada uzun müddət qalmayacaq.

"Unikal" xəbər verir ki, bu barədə "Yaxın Şərq İnstitutu"nun direktoru, rusiyalı ekspert Yevgeni Satanovski bildirib.

Ekspertin sözlərinə görə, bu gün vəziyyət kökündən dəyişib: "Nikol Paşinyan Qarabağın Azərbaycan ərazisi olduğunu qəbul edərək ondan imtina edib. İlham Əliyev tam aydın şəkildə dedi ki, o, qarabağlılara ya Azərbaycan vətəndaşlığını qəbul edib Azərbaycan qanunları ilə yaşamağı, ya da getməyi təklif edir. Bu, demək olar ki, Türkiyədə yaşamaqla eyni şey deməkdir". 

Ağarza Elçinoğlu