"Cəbhə xəttinin 90%-də qoşunlarımız hücumlara uğurla müqavimət göstərdilər, lakin düşmənin oktyabrın 4-də müdafiə mövqelərini yarıb Cəbraylı ətrafına çatdığı 9-cu müdafiə bölgəsində ən ciddi problemlər yaşadıq". 

"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün 44 günlük müharibəni araşdıran İstintaq Komitəsinin iclasında bildirib. 

"Ordunun vəzifəsi Azərbaycanın hücumlarını dayandırmaq və irəliləməsinin qarşısını almaq idi. Biz azərbaycanlıları dayandıra bilmədikcə, atəşkəs əldə etmək cəhdləri nəticəsiz qalacaq və ya ağrılı güzəştlərə getməli olacaqdıq. Digər tərəfdən, Şuşa bizdə olduğu müddətdə mübarizənin çox konkret məqsədi və motivi var idi", - deyə Nikol Paşinyan qeyd edib. 

Ağarza Elçinoğlu