Türkiyədə minimum əmək haqqının 11 min 402 (821 manat 60 qəpik) lirəyə çatdırılmasına qərar verilib.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Vedat İşıqhan açıqlayıb. 

Məlumata görə, bununla bağlı toplanan komissiyasının 3-cü toplantısı yeni minimum əmək haqqını təsdiqləyib. Qərar iyul ayının 1-dən qüvvəyə minəcək. 

Qeyd olunub ki, yeni qərarla minimum əmək haqqında 34% artım olub.

Ağarza Elçinoğlu