"Qərb KTMT-ni beynəlxalq arenada onun üstünlüyünə təhlükə kimi qiymətləndirir və buna görə də təşkilatın sıralarında parçalanma yaratmağa çalışır".

"Unikal" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Minskdə jurnalistlərə açıqlamasında deyib. 

"Qərbin məqsədi KTMT, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və BRİKS-in sıralarını bölmək olan aqressiv, çıxılmaz addımlarını görürük. KTMT üzvləri arasında ziddiyyət yaratmaq üçün Qərb çirkin üsullara əl atır", - Rusiyanın XİN rəhbəri bildirib.

Ağarza Elçinoğlu