Rusiyanın Tambov vilayətinin Kotovsk şəhərindəki barıt zavodunda partlayış baş verib.

"Unikal" xarici KİV-ə istinadla xəbər verir ki, güclü partlayış nəticəsində 4 nəfər ölüb, daha iki nəfər yaralanıb. 

Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsinin məlumatına görə, Tambov Barıt Zavodundakı yanğın lokallaşdırılıb. 

Ağarza Elçinoğlu