"44 günlük müharibəyə qədər ordunun modernləşdirilməsi mövzusu diqqət mərkəzində idi". 

"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan 44 günlük müharibənin şəraitini öyrənən istintaq komissiyasında deyib. 

Baş nazir 2018-2020-ci illərdə Ermənistan hökumətinin silah və hərbi texnika əldə etmək üçün təxminən 608 milyard dram (2 milyard 690 milyon manat) xərclədiyini açıqlayıb: "44 günlük müharibə başlayana qədər, yəni 2 il 4 ayda Ermənistan hökuməti silah və hərbi texnika əldə etmək üçün təxminən 608 milyard dram xərcləyib. Müqayisə üçün qeyd edək ki, 2008-ci il yanvarın 1-dən 2018-ci ilin mayına qədər, yəni 10 il 4 ay ərzində Ermənistanın əvvəlki hökumətləri bu məqsədlə 354 milyard dram xərcləyib. Başqa sözlə, 2 ildə biz 10 ildə əldə etdiyimiz nailiyyətlərdən, demək olar ki, iki dəfə çox nail olmuşuq".

Ağarza Elçinoğlu