İYİ Partiyanın sədri Meral Akşenerin müavini Murat Keçeciler partiyasından istefa verib. 

"Unikal" xəbər verir ki, bu barədə o, Konyada keçirdiyi mətbuat konfransında açıqlayıb.

Keçmiş dövlət və məskunlaşma naziri Mehmet Keçecilerin oğlu olan Murat Keçeciler bildirib ki, sistemdə savadsız və bacarıqsız siyasət və siyasətçilər meydana çıxıb: "Hörmətli Akşener altılıq masasından ayağa qalxanda verdiyi açıqlamada "ya tarix yazacağıq, ya da tarix olacağıq" dedi. Seçkilərdə İYİ Partiya "Tarix yazacağıq" şüarından istifadə etdi, nəticədə İYİ Partiya seçkilərdə uduzaraq tarix oldu.

Dedik ki, yeni siyasi mədəniyyət lazımdır. Qərargaha çoxlu layihələr təqdim etdik, qəbul olunmadı. Başa düşdüm ki, İYİ Partiyada siyasətlə məşğul ola bilmərəm".

Ağarza Elçinoğlu