"İndi Rusiyanın taleyi həll olunur, onun geosiyasi gələcəyi müəyyənləşdirilir". 

"Unikal" xəbər verir ki, bu sözləri Rusiyanın müdafiə naziri Sergey Şoyqu ali hərbi təhsil müəssisələrinin məzunları qarşısında çıxışında deyib. 

"Yoldaş zabitlər, siz təhsilinizi ölkə üçün müstəsna məsuliyyətli bir zamanda başa vurmusunuz", - deyə nazir bildirib.

Şoyqu Qərb ölkələrinin Moskvaya qarşı əsl müharibəyə başladığını qeyd edib və ölkənin Silahlı Qüvvələrinin suverenlik və təhlükəsizliyin təmin edilməsi üçün hər şeyi etməyə hazır olduğunu vurğulayıb.

Ağarza Elçinoğlu