İranın Hörmüzqan vilayətində də saxta spirtli içkidən zəhərlənmə halları qeydə alınıb.

"Unikal" İran mətbuatına istinadən xəbər verir ki, Hörmüzqan vilayətinin Hacıabad şəhərində 11 nəfər saxta spirtli içkidən zəhərlənərək xəstəxanaya yerləşdirilib.

Qeyd olunub ki, zəhərlənənlərin sayının artması ehtimalı ilə əlaqədar vilayətin bütün xəstəxanaları tam hazırlıq vəziyyətinə gətirilib. Bundan əlavə, Qərbi Azərbaycan vilayətinin Sərdəşt şəhərində 7 nəfər saxta spirtli içkidən zəhərlənib. Sərdəştdə İmam Xomeyni xəstəxanasına yerləşdiriliblər.