Ukrayna prezidenti Volodimir Zelenski və həyat yoldaşı Yelena təhlükəsizlik səbəbi ilə ayrı yaşayırlar.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, təhlükəsizlik tədbirləri müharibə şəraiti ilə bağlı görülüb. 

Ukrayna liderinin həyat yoldaşı bildirib ki, fürsətləri olanda nahar üçün ofisdə görüşürlər: "Hazırda heç birimizin heç bir əyləncə və ya digər ünsiyyət imkanımız yoxdur".

Yelena onu da qeyd edib ki, o, hər gün işə gedir və sonra uşaqlarının yanına qayıdır, Zelenski isə təhlükəsizlik səbəbi ilə ofisində gecələyir.

Ağarza Elçinoğlu