ABŞ Sahil Mühafizəsi itkin düşən batiskafın ekipajının öldüyünü təsdiqləyib.

"Unikal" xəbər verir ki, tapılan gəmi qalıqları itmiş sualtı "Titan"a məxsusdur - ABŞ Sahil Mühafizəsi bildirib.

"Baş direktorumuz Stockton Rush, Paul-Henri Narjolet, Hamish Hardin, Shahzada Davud və oğlu Süleyman vəfat edib", - bəyanatda deyilir.

20:30

"Titanik"in batdığı yerin yaxınlığında Atlantik okeanının sularında itən sualtı "Titan"ın axtarışı zonasında naməlum dağıntılar aşkar edilib.

"Unikal" xəbər verir ki, bu barədə ABŞ Sahil Mühafizəsinin şimal-şərq bölməsi Twitter-də bildirib.

"Qırıntıların olduğu ərazi "Titanik"in yaxınlığındakı axtarış zonasında pilotsuz sualtı maşının köməyi ilə aşkar edilib. Mütəxəssislər birgə komandanlıq ilə birlikdə bu məlumatı öyrənirlər", - məlumatda deyilir.

15:25

"Titanik"in qalıqlarını görmək istəyən turistləri daşıyan "Titan" adlı qayığın oksigeni Bakı vaxtı ilə saat 15:08-də bitib. 

"Unikal" xarici KİV-ə istinadla xəbər verir ki, sualtı qayıqda olan 5 turistin sağ qalma ehtimalı sıfıra bərabərləşib. 

Qeyd edək ki, iyunun 19-da Atlantik okeanında yoxa çıxan qayıq hələ tapılmayıb. 

"Action Aviation" şirkətinin sahibi britaniyalı milyarder Hamiş Hardinq, pakistanlı iş adamı Şahzadə Davud və oğlu Süleyman Davud, "OceanGate"in qurucusu və baş direktoru, sualtı qayığın sahibi Stokton Ruş və Fransız sualtı pilotu Paul Henri Nargeoletin sualtı qayıqda olduğu deyilir. 

Hazırda "Titan" adlı qayığın batdığı hesab edilir. 

Axtarış-xilasetmə işlərinə ABŞ, İngiltərə, Fransa və Kanada komandaları qatılıb. 

Ağarza Elçinoğlu