"Dünya Rusiya diktatoru Vladimir Putini məhv etməyin yolunu tapacaq".

"Unikal" xəbər verir ki, bunu BBC-yə müsahibəsində Ukrayna prezidenti Volodimir Zelenski deyib. 

O, Putinin ilk dəfə işğala başladığı 2014-cü ildən bəri Ukrayna üçün təhlükəli olduğunu bəyan edib: "Lakin diktator fevralın 24-dən genişmiqyaslı müharibəyə başladıqdan sonra daha da təhlükəli olub. Müharibə və ukraynalıların məhv edilməsi haqqında tamamilə açıq danışan şəxs. Məncə, siz bundan təhlükəli ola bilməzsiniz".

Zelenskinin sözlərinə görə, heç kim Putinin nüvə silahından istifadə edib-etməyəcəyi ilə bağlı yüz faiz proqnoz verə bilməz: "Mən öz fikrimi deyə bilərəm. Düşünürəm ki, o, həyatı üçün qorxur. O, dünyanı nüvə silahı ilə hədələməkdən əl çəkməsə, dünya onun canını almaq üçün bir format tapacaq. Bu, çox təhlükəlidir və ona görə də o, cəsarətli olur". 

Ağarza Elçinoğlu