Ukrayna prezidenti Volodimir Zelenski Rusiya prezidenti Vladimir Putinin "Yəhudi dostlarım deyir ki, Zelenski yəhudi deyil, yəhudi xalqı üçün biabırçılıqdır" sözlərinə cavab verib.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna lideri BBC-yə müsahibəsində deyib. 

Zelenski bildirib ki, Putin Hitlerdən sonra antisemitizmin ikinci kralıdır: "Bağışlayın, amma deyəsən o, Hitlerdən sonra antisemitizmin ikinci kralıdır. Prezident belə danışır. Sivil dünya belə danışa bilməz. Dünyanın cavabını eşitmək mənim üçün vacib idi və dəstəyə görə minnətdaram". 

Ağarza Elçinoğlu