Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri və keçmiş prezidentliyə namizəd Kamal Kılıçdaroğlunu ona qarşı açılan 28 iddia üzrə ümumilikdə 110 ilə qədər həbs cəzası, həmçinin siyasi fəaliyyətinə qadağa qoyulması gözləyir.

"Unikal" xəbər verir ki, bu barədə Cümhuriyyət qəzeti yazır .

Ərdoğanın rəqibi Cəlal Çelikin vəkilinin sözlərinə görə, Kılıçdaroğluna qarşı 28 iddia qaldırılıb. Prezident seçkilərindəki məğlubiyyətdən sonra Kılıçdaroğlu parlamentə düşməyib və deputat toxunulmazlığını itirib.

Qeyd olunur ki, əksər hallarda iddiaçı prezident Rəcəb Tayyib Ərdoğandır. Bundan başqa, əksər məhkəmə çəkişmələri üzrə siyasətçini dörd ilədək, ümumilikdə isə bütün iddialara görə 110 il həbs cəzası gözləyir.

Müxalif Xalq Birliyinin namizədi Kamal Kılıçdaroğlu prezident seçkilərinin ikinci turunda 47,82 faiz səslə Ərdoğana uduzub.

Mayın 24-də Kılıçdaroğlunun saxta videoya görə Ərdoğanı məhkəməyə verdiyi bildirilir .