Rusiya hərbçiləri Zaporojye vilayətinin Tokmak rayonunun Sadovoe kəndinə və Donetsk Xalq Respublikasının (DXR) Urojaynoye kəndlərini nəzarətdə saxlayır. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik Ukrayna Silahlı Qüvvələrinin Sadovoe ərazisinə daxil olması və bu əraziləri azad etməsi barədə məlumatları təkzib edib: "Xüsusi hərbi əməliyyat zonasında (SVO) Rusiya hərbçiləri qəsəbənin müdafiəsini həyata keçirirlər".

Məlumata görə, bölgədə gecə-gündüz artilleriya döyüşləri gedir.

Ağarza Elçinoğlu