İranda ölümlə nəticələnən avtobus qəzası baş verib.

"Unikal" xəbər verir ki, bu  barədə ölkənin "Mehr" informasiya agentliyi məlumat yayıb. Bildirilir ki,  hadisə bu gün səhər saatlarında Tehran-Qum yolunda qeydə alınıb. 

Hadisə nəticəsində 2 nəfər ölüb, 18 nəfər yaralanıb. Əraziyə təcili tibbi yardım və polis  cəlb olunub.