"Disney+"da yayımlanan "Arayış" serialı müzakirələrə səbəb olub.

"Unikal" xəbər verir ki, ekran işində açıq-saçıq səhnələrin həddindən çox yer alması izləyicilər tərəfindən bəyənilməyib.

Seriala münasibət bildirənlərdən biri türkiyəli prodüser-aparıcı Armağan Çağlayan olub. O, paylaşımında "Disney+"ın "Arayış" serialını necə çəkmək olmaz məsələsi dərs kimi universitetlərin radio və televiya bölümündə keçirilməlidir" deyə, bildirib.