"Türkiyə NATO ölkəsi olsa da, əldə etdiyi bütün məlumatları hələ də NATO-ya ötürmür. Oxşar vəziyyət Azərbaycan-Türkiyə HAKİM Layihəsində də olacaq". 

"Unikal" xəbər verir ki, bunu Türkiyə Müdafiə Sənayesi Rəyasət Heyətinin sədri Haluk Görgün deyib. 

ASELSAN şirkətinin rəhbəri qeyd edib ki, Azərbaycanda daha çox sovet hərbi platforma və sistemlərindən istifadə edir: "Bundan başqa, Azərbaycanda İsrail istehsalı olan radarlar da var. 

Görgün həmçinin Azərbaycandakı radar stansiyasının coğrafi mövqeyinə görə İranın şimalında təyyarə və ya ballistik raket fəaliyyətini də izləyə biləcəyini deyib: "NATO-nun Türkiyədəki Kürecik Radar Bazasının əsas missiyası İranın ballistik raket fəaliyyətinin monitorinqidir. Burada bəzi kor nöqtələr var. Azərbaycandakı radarlar bu kor nöqtələri aradan qaldıra bilər. Bu, NATO və Türkiyə üçün bir üstünlük, İrana isə böyük bir dezavantajdır".

Ağarza Elçinoğlu