Aparılan yeni bir araşdırma şəkərli diabet xəstəliyinin qlobal miqyasda artacağını və 2050-ci ildə bütün dünyada 1,3 milyard diabet xəstəsinin olacağını proqnozlaşdırıb.

"Unikal" “The Lancet” jurnalına istinadən xəbər verir ki, gələcək 30 il ərzində heç bir ölkədə şəkərli diabet xəstəliyi hallarının azalması gözlənilmir. Tədqiqatın nəticəsinə görə, piylənmədə qeydə alınan artım sözügedən xəstəliyin statistikasına 2 qat təsir edir.

Araşdırmanın müəllifləri xəstələrin əksəriyyətini təşkil edən 2-ci tip şəkərli diabetin erkən aşkarlanması nəticəsində gedişatın qarşısının almağın mümkün olduğunu vurğulayıblar. Eyni zamanda, bəzi aşağı gəlirli ölkələrdə əhalinin qan şəkərinə nəzarət etməsi üçün səhiyyənin əlçatan olmadığı və insulin dərmanlarının istifadəsinin məhdud olduğunu diqqətə çatdırıblar. Bu səbəbdən həmin ölkələrdə qısa ömürlülük daha çox müşahidə edilir.