Yunanıstan sahillərində yüzlərlə qaçqını daşıyan balıqçı gəmisinin batması Aralıq dənizində ən ölümcül dəniz qəzalarından biri kimi tarixə düşüb. Lakin bu prosesdə dünyanın gözü Titanik dalışı zamanı partlayan sualtı qayıqda idi.

"Unikal" xəbər verir ki, tənqid keçmiş Amerika prezidenti Barak Obamadan gəlib.

ABŞ-ın keçmiş prezidenti Barak Obama beynəlxalq mətbuatın "Titanik"in qəzaya uğradığı yerin yaxınlığında baş verən sualtı qayıq qəzası və Egeydə qaçqın qayığı faciəsinə münasibətindəki fərqliliyə qarşı üsyan edib.

Yunanıstanın paytaxtı Afinada keçirilən tədbirdə çıxış edən Obama mətbuatın bu hadisələrə fərqli yanaşmasının əsasını “sosial bərabərsizliy”in təşkil etdiyini vurğulayıb.

“Demokratiyamıza qloballaşma, avtomatlaşdırma, ittifaqların azalması nəticəsində yaranan bərabərsizlik mənfi təsir göstərəcək. Aşkar bərabərsizliklər var. Biz buna gündəlik xəbərlər deyirik, amma əslində günün xəbərlərindən danışmırıq. Məsələn, hazırda 24/7 dənizin dibində olan sualtı qayıqdan danışırıq. Ancaq Yunanıstan sahillərində 700 qaçqının öldüyü qəza da var. Xəbər verildi, amma eyni intensivliklə deyil. Bu, insanların sağ qalma şansları arasındakı fərqi vurğulayır”, - deyə eks-prezident bildirib.