Moskvanın girişində Rostova uzanan M-4 avtomobil yolunda hərbi texnika yerləşdirilib, beton maneələr quraşdırılıb.

“Unikal" xəbər verir ki, hərbçilər və polis Rusiya paytaxtına gedən avtomobillərə baxış keçirir.

Daha əvvəl Moskva şəhərinin meri Sergey Sobyanin şəhərə giriş-çıxış üçün hərəkətin məhdudlaşdırılması ilə bağlı məlumatları təkzib etmişdi. Onun sözlərinə görə, yoxlamaların həyata keçirilməsi üçün tədbirlərin gücləndirilməsi ilə əlaqədar nəqliyyatın hərəkətində çətinliklər yarana bilər.