ABŞ xüsusi xidmət orqanları Rusiyada gözlənilən hərbi qiyamdan xəbərdar olub.

"Unikal" xəbər verir  ki,  bu  barədə CNN anonim mənbələrə istinadən məlumat yayıb. 

"Amerika kəşfiyyat xidmətləri Priqojinin planları haqqında ilkin məlumata malik idi.  İyunun 21-də ABŞ kəşfiyyatı yüksək rütbəli hərbçilərə və Bayden administrasiyasının nümayəndələrinə "Vaqner" PMC-nin rəhbəri Priqojinin Rusiya Müdafiə Nazirliyinin rəhbərliyinə qarşı hərbi əməliyyatlar aparmağa hazırlaşdığı barədə məlumat verib", - KİV yazıb. 

 Məqalədə qeyd olunur ki, Priqojin uğur qazansa, “nüvə silahına malik ABŞ-ın əsas rəqibi” daxili xaosa qərq ola bilər.

Gülayə  Mecid