Xəbər verdiyimiz kimi, "Vaqner"in üsyanından istifadə edən Ukrayna qoşunları əks-hücuma keçmişdi. 

"Unikal" xarici KİV-ə istinadən bildirir ki, ordu 2014-cü ildən bəri işğal altında olan Donetsk vilayətinin Krasnoqorivka şəhəri yaxınlığındakı torpaqları azad edib.

Ukrayna Silahlı Qüvvələrinin "Tavriya" bölməsinin komandiri Aleksandr Tarnavski bildirib ki, Ukrayna ordusu irəliləməyə davam edr: "Tavriya istiqamətindəki müdafiə qüvvələrimiz Donetsk vilayətinin Krasnoqorivka şəhəri yaxınlığında 2014-cü ildən bəri işğal altında olan torpaqları azad edib". 

Ukrayna Quru Qoşunlarının komandanı Aleksandr Sirski də sosial media hesabından verdiyi açıqlamada şərq cəbhəsindəki vəziyyəti dəyərləndirib: "Əsgərlərimiz Baxmut istiqamətində irəliləyir".

Ağarza Elçinoğlu