Jurnalist Pavel Zarubin iyunun 24-də Kremldə Rusiya prezidenti Vladimir Putinin görüntülərini nümayiş etdirib. 

"Unikal" xəbər verir ki, o, bu barədə videonu "Telegram" kanalında yayımlayıb.

Zarubin qeyd edib ki, prezident bütün gecəni güc strukturları ilə əlaqə saxlayıb. O əlavə edib ki, Kremldə iş xüsusi rejimdə aparılıb.

Qeyd edək ki, "Vaqner" özəl şirkətinin hərbçiləri iyunun 24-də Moskva istiqamətində hərəkət edirdi. 

Ağarza Elçinoğlu