Moskva vilayətindəki çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

"Unikal" xəbər verir ki, hadisə Korolyov şəhərinin Pionerskaya küçəsində qeydə alınıb.

Məlumata görə, insident binanın 14-cü mərtəbəsindəki mənzilində yaşanıb.

Yayılan kadrlarda alovun eyvanı bürüdüyü görünür. İlkin məlumata görə, xəsarət alanlar var.