Xəbər verdiyimiz kimi, Yunanıstanda bazar günü keçirilən parlament seçkilərində Kiryakos Mitsotakisin rəhbərlik etdiyi Yeni Demokratiya Partiyası qələbə qazanıb.

"Unikal" xəbər verir ki, Mitsotakis sürətlə mühüm islahatlar aparılacağını bildirib.

Partiya 40,5 faiz səs toplayıb və, 300 yerlik parlamentdə 158 yer qazanıb.

Aleksis Tsiprasın rəhbərlik etdiyi ana müxalifət SYRİZA Partiyası 17,8 faiz səs toplayıb.

Nikos Androulakisin başçılıq etdiyi PASOK 11,95 faiz səslə üçüncü yerdə qərarlaşıb.

Türk əsilli deputatlar Özgür Ferhat, İlhan Ahmet, Hüseyn Zeybək və Burhan Baran da parlamentə daxil olmağı bacarıblar.