"Vagner" muzdlu qrupunun lideri Yevgeni Priqojin Belarusun paytaxtı Minskdəki "Green City" hotelində görülüb.

"Unikal" xəbər verir ki, bu barədə Belarus KİV-ləri məlumat yayıb. 

***16:50

"Vaqner" PMC-nin qiyamı Rusiyada və bütün dünyada təşvişə səbəb oldu. "Vaqner"in qüvvələri paytaxt Moskvaya doğru irəlilədikcə üsyan Belarusun müdaxiləsi ilə 24 saat sonra razılaşma ilə dayandırıldı. Razılaşmaya əsasən, "Vaqner"in lideri Priqojin Belarusa getməli idi. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, "Vaqner"in mətbuat xidməti şənbə günündən bəri liderləri ilə əlaqə saxlamadıqlarını açıqlayıb.

"Şənbə günü axşamdan bəri Yevgeni Priqojin ilə əlaqə saxlaya bilməmişik. Onun harada olduğunda xəbərsizik", - məlumatda qeyd olunub. 

Bu açıqlamadan sonra Rusiya lideri Putinin “Xəyanəti heç vaxt unutmayacağam” sözləri yenidən gündəmə gəlib.

Digər tərəfdən, təqaüddə olan amerikalı general Devid Petreus da "Vaqner"in lideri Yevgeni Priqojini Belarusdakı yeni evində diqqətli olması barədə xəbərdarlıq edib:

"O, Belarusdakı yeni evində açıq pəncərələrin yanında diqqətli olmalıdır. O, müqavilə ilə həyatını xilas etdi, lakin "Vaqner" qrupunu itirdi". 

Gülayə Mecid