"Belarus prezidenti Aleksandr Lukaşenko iyunun 24-də rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı zamanı üsyan cəhdi ilə bağlı vəziyyəti vaxtında həll etmək üçün kömək təklif edib".

"Unikal" xəbər verir ki,  bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov RT telekanalına müsahibəsində deyib. 

Onun sözlərinə görə, əgər "Vaqner" PMC-nin yaradıcısı Yevgeni Priqojinin başçılıq etdiyi üsyançı dəstələr Moskvaya doğru irəliləməkdə davam etsəydilər, qan tökülmələri qaçılmaz olardı.

Lavrov ABŞ-ın Moskvadakı səfiri Lin Treysinin iyunun 24-də ölkədə üsyana cəhdlə bağlı Rusiya nümayəndələri ilə əlaqə saxlaması və “siqnallar ötürməsi” barədə məlumatı da təsdiqləyib. 

Xatırladaq ki, iyunun 23-də "Vaqner" PMC-nin rəhbəri Yevgeni Priqojin bildirib ki, Rusiya Müdafiə Nazirliyinin qüvvələri guya onun şəxsi hərbi şirkətinin arxa düşərgələrinə hücum edib və onun döyüşçüləri “ədalət yürüşü” ilə Rusiyaya doğru irəliləyiblər. Lakin Rusiya Müdafiə Nazirliyi onun ittihamlarını rədd edib.