Belarus prezidenti Aleksandr Lukaşenko "Vaqner" özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin Belarusda olduğunu təsdiqləyib. 

"Unikal" BELTA-ya istinadən xəbər verir ki, bunu Belarus lideri yüksək rütbəli zabitlərlə görüşündə deyib. 

Lukaşenko Priqojinlə danışıqların təfərrüatlarını açıqlayıb: "Dünən söz verildiyi kimi təhlükəsizlik zəmanəti verildi. Bəli, doğrudan da, o, bu gün Belarusdadır".

O, Belarus müdafiə naziri Viktor Xreninin sözləri ilə razılaşaraq "Vaqner"in Belarus ordusunda olmasını müsbət qarşılayıb: "Orduda belə bir bölmənin olmasına etiraz etməzdim".

Ağarza Elçinoğlu