Ukrayna 2023-cü ilin sonuna qədər Qərb tərəfdaşlarından ilk F-16 döyüş təyyarələrini almağa ümid edir.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna prezidentinin ofisinin rəhbəri Andrey Yermak bildirib .

Onun sözlərinə görə, aviasiya koalisiyasına daxil olan demək olar ki, bütün ölkələr Ukraynanı F-16 qırıcıları ilə təchiz etməyə hazırdır.

Yermak bildirib ki, ölkələrin bəziləri bu ilin sonuna kimi F-16 verməyə hazırdır.

“İnanıram ki, biz ilk qırıcıları bu ilin sonuna qədər əldə edə bilərik”, - o vurğulayıb.