Rusiya hərbi polisi Suriyanın cənubundakı Es-Suveydadakı "Vaqner" PMC bölməsinin rəhbərini və PMC-nin daha üç “yüksək rütbəli komandirini” Xmeymim aviabazasında saxlayıb.

"Unikal" xəbər verir ki, bu barədə “Al-Hadath” mənbələrə istinadən məlumat yayıb .

Onun sözlərinə görə, Rusiya polisi PMC-lərin Deyr əz-Zor, Həma və Dəməşqdəki nümayəndəliklərinə də gəlib .

İyunun 24-də "Vaqner" PMC-nin qüvvələri Rostov-na-Donuda inzibati binaları bağlamış və Moskvaya doğru hərəkət etməyə başlamışdışdı. Prezident Vladimir Putin PMC rəhbərinin hərəkətlərini "arxadan bıçaq" adlandırmışdı.

Həmin gün Belarus prezidentinin mətbuat xidməti Aleksandr Lukaşenko ilə Priqojin arasında aparılan danışıqlar barədə məlumat yaydı. Sonradan, "Vaqner" PMC-nin rəhbəri, hərbçilərini döndərmək və onları yenidən sahə düşərgələrinə göndərmək qərarına gəldiyini bildirdi .