Yens Stoltenberqin NATO-nun baş katibi vəzifəsində müddətinin bir il uzadılması ilə bağlı qərar gələn həftə rəsmiləşəcək.

"Unikal"  xəbər verir ki, bu barədə “Politico” mənbəyə istinadən məlumat yayıb.

Nəşr vurğulayır ki, Stoltenberq daha bir il Şimali Atlantika Alyansının baş katibi vəzifəsində qalacaq.

Adının çəkilməsini istəməyən ABŞ rəsmisinin sözlərinə görə, Stoltenberqin səlahiyyət müddətinin uzadılması “həll edilmiş məsələdir”.

Nəşr yazır ki, yüksək rütbəli Qərbi Avropa diplomatı qeyd edib ki, qərar gələn həftə rəsmiləşdiriləcək.

Qeyd edək ki, daha əvvəl "Euractiv" nəşri Şimali Atlantika Alyansına doqquz il rəhbərlik edən NATO-nun baş katibi Yens Stoltenberqin daha bir il vəzifəsində qala biləcəyini yazıb.