“Qərb Ukraynadakı münaqişəni dondurmağa çalışır”.

"Unikal" Rusiya KİV-ə istinadən xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyunun 30-da keçirdiyi brifinqdə Qərbin planının gələcəkdə Rusiya ilə toqquşmaq üçün Ukraynanı yenidən silahlandırmaq olduğunu deyib.

Onun sözlərinə görə, Qərblə münasibətlərin korlanmasının səbəbkarı rəsmi Moskva deyil: “Biz yalnız sanksiyalara cavab veririk”.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.