"İndiki formada taxıl sazişinə ehtiyac yoxdur, Rusiya ərzaq ehtiyacı olan tərəfdaş ölkələrə onsuz da kömək edə biləcək".

"Unikal" xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının (SB) sədr müavini Dmitri Medvedev bildirib. Onun sözlərinə görə, “ölkəmizdən kənd təsərrüfatı məhsullarından və ərzaq məhsullarından asılılıq hər yerdə etiraf olunub, ona görə də taxıl sövdələşməsi mövzusunda bitib-tükənməyən kampaniyalar aparılır”. "Baxmayaraq ki, artıq hamıya aydındır ki, indiki formada buna ehtiyac yoxdur və dayandırılmalıdır", - siyasətçi bildirib.

"Biz onsuz da tərəfdaşlarımıza kömək edə biləcəyik, lakin kök üzlü avropalı burqerləri yedizdirmək bizim vəzifəmiz deyil" deyən Medvedev kinayə ilə əlavə edib ki, avropalıların öz problemlərini həll etmək üçün öz siyasətçiləri var.