Tatarıstan İranın “Şahed-136” kamikadze dronları istehsalı zavodunu işə salmağa hazırlaşır.

"Unikal" xəbər verir ki, sözügedən dronların komponentlərinin İrandan gətirələrək Tatarıstanda yığılması planlaşdırılır.

Bildirilir ki, 2-3 il ərzində Rusiya həmin komponentlərin bir hissəsini dəyişdirmək, mütəxəssislərə təlim keçmək və texnoloji prosesi təkbaşına təşkil etmək niyyətindədir.