Çin Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrelin gələn həftə Pekinə səfərini ləğv edib.

"Unikal" South China Morning Post (SCMP) qəzetinə istinadən xəbər verir ki, AB Komissiyasının sözçülərindən Nəbilə Massralı verdiyi açıqlamada, Çindən Borrelin səfərinin "artıq 10 iyulda baş tuta bilməyəcəyi ilə bağlı məlumatlandırıldıqlarını söyləyib”.

Aİ-nin Pekindəki səfiri Xorxe Toledo Borrelin iyulun 10-da Pekinə səfər edəcəyini açıqlamışdı.

Toledo bildirib ki, Borrell Rusiya-Ukrayna müharibəsi, insan haqları və ticarət kimi müxtəlif mövzularda Çin Xarici İşlər Naziri, Çin Qrupu və digər yüksək səviyyəli rəsmilərlə görüşəcək.

Avropa İttifaqının Ali Nümayəndəsi Borrell Covid-19-a tutulduğu üçün 13-15 aprel tarixlərində Çinə səfərini təxirə salıb.