Çin lideri Si Cinpin Rusiya prezidenti Vladimir Putinə Ukraynada nüvə silahından istifadə etməmək barədə xəbərdarlıq edib.

"Unikal" "Financial Times"a istinadən xəbər verir ki, bu məsələ Çin liderinin 2023-cü ilin martında Moskvaya səfəri zamanı müzakirə edilib. 

"Bu vəziyyət Çin dövlətinin başçısının Moskvanın iqtisadi və ticarət dəstəyinə baxmayaraq, Ukrayna münaqişəsindən narahat olduğunu göstərir. Pekinin nüvə silahı ilə bağlı mövqeyi ÇXR-in Ukraynadakı vəziyyətin sülh yolu ilə nizamlanması planına daxil edilib", - diplomatik mənbələr bildirib. 

Ağarza Elçinoğlu