Terror təşkilatı PKK-nın sözdə kəşfiyyatçısı Cəlal Kaya İraqda zərərsizləşdirilib.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Bildirilir ki, məhv edilən terrorçu  türkiyəli diplomat Osman Kösenin şəhid olduğu hücumun təşəbbüskarı imiş. 

Qeyd edək ki, diplomat Osman Kösenin 17 iyul 2019-cu ildə Ərbildə PKK hücumu nəticəsində şəhid olub.