Xəbər verdiyimiz kimi, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) "Vaqner" özəl hərbi şirkətini terror təşkilatı kimi tanıyıb. 

"Unikal" xəbər verir ki, Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Aleksey Çepa Rusiyanın bu qərara laqeyd yanaşdığını bildirib. 

"ATƏT-in hansı qərarlar qəbul etməsi bizi qətiyyən maraqlandırmır. Son vaxtlar bu təşkilat Rusiyanı onunla əməkdaşlıqdan imtina etmək üçün hər şeyi edir. Nə deyirlərsə desinlər, bunun bizə təsiri yoxdur. Onların nə dedikləri, nə bəyan etdikləri bizi maraqlandırmır", - deyə deputat qeyd edib. 

Ağarza Elçinoğlu