Kreml Ukraynanın Azov briqadasının keçmiş komandirlərinin Türkiyədən Ukraynaya qayıtmasına reaksiya verib. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. 

Peskov bildirib ki, bu, həm Türkiyə, həm də Ukrayna tərəfindən mövcud razılaşmaların şərtlərinin pozulmasıdır: "Razılaşmaların şərtlərinə görə, Azov liderləri münaqişə bitənə qədər Türkiyədə qalmalı idi".

Kreml nümayəndəsi qeyd edib ki, briqada üzvlərinin geri qayıtması barədə heç kim Rusiya tərəfinə məlumat verməyib. 

Qeyd edək ki, Ukrayna lideri Volodimir Zelenski iyulun 8-də Türkiyədə rəsmi rəfərdən qayıdarkən Azov-un keçmiş üzvləri, xüsusən də keçmiş komandir Denis Prokopenko, onun müavini, Kalina ləqəbi ilə tanınan Svyatoslav Palamar və digərlərinin də ölkəyə qayıtdığını açıqlayıb. 

Ağarza Elçinoğlu