Özbəkistanda növbədənkənar prezident seçkilərində səsvermə başa çatıb.

"Unikal" xəbər verir ki, bu barədə Özbəkistan Mərkəzi Seçki Komissiyası məlumat yayıb.Yerli vaxtla saat 20.00-a ölkə ərazisindəki bütün seçki məntəqələri bağlanıb.

ABŞ istisna ilə, Özbəkistanın xaricdəki diplomatik nümayəndəliklərində açılan seçki məntəqələri də bağlanıb.

Qeyd edək ki, saat 17.00-a seçici fəallığı 69,85 faiz olub.

08:59

Özbəkistanda prezident seçkiləri başlayıb.

"Unikal* xəbər verir ki, yerli vaxtla saat 8:00-da Özbəkistandan kənarda 39 ölkədə 56 seçki məntəqəsi də daxil olmaqla 10 784 seçki məntəqəsi açılıb.

Vətəndaşlara yerli vaxtla saat 20:00-a qədər səs vermək imkanı verilir.

Xatırladaq ki, aprelin 30-da Özbəkistanda konstitusiyaya düzəlişlər üzrə referendum keçirilib və prezidentin səlahiyyət müddəti beş ildən yeddi ilə qaldırılıb. Özbəkistan qanunlarına əsasən, özbək dilini bilən, son on ili ölkədə yaşayan və namizədliyi siyasi partiyalar tərəfindən irəli sürülən 35 yaşdan yuxarı bütün vətəndaşlar seçkilərdə iştirak edə bilər.

Seçkilərdə hazırkı Prezident Şavkat Mirziyoyev, Xalq Demokratik partiyasının namizədi Uluğbek İnoyatov, Ekologiya partiyasının namizədi Abduşukur Hamzayev və Ədalət Sosial Demokratiya partiyasının namizədi Roba Mahmudova mübarizə aparacaq.