Lutsk şəhərində Ukrayna və Polşa prezidentləri Volodimir Zelenski ilə Anjey Duda arasında görüş keçirilib.

"Unikal" bu barədə "RBC-Ukrayna"ya istinadən xəbər verir.

Zelenski ilə Duda Müqəddəs Pyotr və Pavel kilsəsini ziyarət ediblər.

Polşa Prezidenti Litva lideri Gitanas Nauseda ilə birlikdə iyunun 28-də Konstitusiya Günündə Kiyevə səfər edib. Onlar cəbhə xəttindəki vəziyyəti, Avropaya inteqrasiyanı və Ukraynanın sülh formulunu müzakirə ediblər.