Rusiya Prezidenti Vladimir Putin ölkənin Baş Qərargah rəisi Valeri Gerasimovu Ukraynadakı Rusiya qoşunlarının komandanı vəzifəsindən azad edib.

"Unikal" xəbər verir ki, iddiaya görə, Gerasimov Baş Qərargah rəisi kimi orduya rəhbərlik edəcək, lakin müharibənin ümumi məsuliyyəti indi Hava Desant Qüvvələrinin komandanı Mixail Teplinskinin üzərinə düşəcək.

Rəsmi olaraq məsələ ilə bağlı heç bir məlumat verilməyib. Lakin Baş Qərargah rəisinin Priqojin üsyanından sonra ictimaiyyət qarşısına çıxmadığı bildirilib.