Rusiyanın Perm diyarında dəhşətli hadisə baş verib. 

"Unikal" "Ren TV"yə istinadən xəbər verir ki, yeniyetmə oğlan 15 yaşlı sevgilisinə təcavüz edib. Bununla yanaşı, oğlan qızı dəmiryoluna bağlayıb və üzərinə benzin tökərək yandırıb.  

Möcüzə nəticəsində sağ qalan qız Qorki dəmir yolunda tapılıb. Məlumata görə, 15 yaşlı qızın bədəninin 90%-i yanıb və kəllə-beyin travması alıb. O, xəstəxanaya yerləşdirilib.

Cinayətkar isə həbs edilib. Faktla bağlı adam öldürməyə cəhd maddəsi ilə cinayət işi başlanıb.