Türkiyənin Sakarya vilayətinin Sapanca rayonunda qətl hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, rayonun bələdiyyə sədri Özcan Özen ofisində güllələnib.

Məlumata görə, Sapanca Teleferik İdarə heyəti Üzvü Burhan Özgümüş teleferik layihəsi haqqında danışmaq üçün bələdiyyə sədri Özcan Özen ilə ofisində bir araya gəlib.  Bu zaman otağa naməlum şəxs daxil olub və Özeni güllələyib.  

Hadisə nəticəsində bələdiyyə  sədri yerindəcə keçinib. Cani şəxs isə qaçıb. Onun axtarışları davam etdirilir.