Ukrayna prezidenti Volodimir Zelenski iyulun 12-də Vilnüsdə keçiriləcək NATO-nun sammitində iştirak edəcək. 

"Unikal" xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb. 

Bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq Zelenskinin iyulun 11-12-də Vilnüsdə keçiriləcək sammitə səfərini təsdiqləyib. Zelenski bildirib ki, Kiyev alyansa qoşulmazdan əvvəl Ukrayna üçün müdafiə paketləri sammitini və ölkə üçün təhlükəsizlik təminatlarının müzakirəsini səbirsizliklə gözləyir.

Ağarza Elçinoğlu