“Hazırkı vəziyyətdə Ukrayna 2008-ci ilə nisbətən NATO-ya üzv olmağa daha yaxındır”.

“Unikal” “Financial Times”a istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib. 

“2008-ci illə müqayisədə hazırda Ukrayna NATO-ya üzv olmağa daha yaxındır. Bu, faktdır”, - NATO-nun baş katibi vurğulayıb.

Stoltenberq əlavə edib ki, o, Ukraynanın nə vaxtsa alyansa üzv olacağına inanır, lakin NATO-nun üzvü olan ölkələr düzgün vaxtı müəyyən etməli olacaqlar.

“Mən tam əminəm ki, biz müttəfiqləri birləşdirəcək hansısa həll yoluna gələcəyik...”, - deyə təşkilatın baş katibi qeyd edib. 

Stoltenberq Ukraynanın NATO-ya daxil olmasının təxmini tarixni açıqlamayıb. 

Nuranə Abbasova