Ukraynalı pilotların F-16-larda təlimləri üçün koalisiya yaradılıb.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna müdafiə naziri Oleksiy Reznikov bildirib.

"Bu gün 11 tərəfdaş dövlət və Ukrayna şərtləri əks etdirən Memorandum imzalayıb. Mən bu prosesdə liderliyə görə Danimarka və Niderlanda xüsusilə minnətdaram", - Reznikov bildirib.

Onun sözlərinə görə, ukraynalı pilotlar, texniki işçilər və yardımçı heyət təlim proqramında iştirak edəcək.

"Proqrama digər növ qırıcı təyyarələrin də daxil edilməsi imkanı var. Koalisiya Ukraynaya tam funksional F-16 imkanlarının verilməsi üçün digər vasitələri nəzərdən keçirməyə hazırdır.

F-16-lar Ukrayna səmasını və NATO-nun Şərq cinahını qoruyacaq. Ukrayna Hərbi Hava Qüvvələri onları mümkün qədər tez mənimsəməyə hazırdır. Ukrayna qalib gələcək!", - Reznikov qeyd edib.