NATO-nun növbəti zirvə toplantılarının keçiriləcəyi ölkələr açıqlanıb.

"Unikal" xəbər verir ki, bu barədə Vilnüsdə keçirilən NATO Sammiti çərçivəsində Alyansa üzv ölkələrin dövlət və hökumət başçılarının qəbul etdiyi Kommunikedə bildirilib.

"Litva Respublikası tərəfindən bizə göstərilən səxavətli qonaqpərvərliyə görə minnətdarlığımızı bildiririk. Biz 2024-cü ildə Vaşinqtonda Alyansın 75-ci ildönümündə, ardınca 2025-ci ildə Niderlandda görüşməyi səbirsizliklə gözləyirik", - Kommunikedə qeyd olunub.